Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Matyudi mükafatını ianə edib

26.12.2018 [19:01]

Xəbərin mətni
Futbol üzrə Fransa yığmasının yarımmüdafiəçisi Blez Matyudi 2018-ci ilin dünya çempionatında qələbəsinə görə mükafatını aztəminatlı insanlara yardım məqsədi ilə ianə edib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, dünya çempionu titulunu qazandığına görə Fransa yığmasının hər bir oyunçusu 330 min avro mükafat alıb. Matyudi 2016-cı ildə xeyriyyə fondu yaradıb. Təşkilatın başçısı futbolçunun atası Faria Matyudidir.