Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyanın Fuci telekanalında Azərbaycan haqqında veriliş yayımlanıb

04.01.2019 [18:14]

Xəbərin mətni
“Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib.