Quba “ASAN Həyat” kompleksində bayram yarmarkası açılıb
04.01.2019 [19:10]
Xəbərin mətni
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Quba “ASAN Həyat” kompleksində təşkil olunan bayram yarmarkası yanvarın 5-dək davam edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yeni ilin ASAN Həyat Yarmarkası” adlanan aksiya çərçivəsində müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir. Həmçinin ABAD-çıların əl işləri də sərgilənir.