CƏMİYYƏT


Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıb

Budama işlərinə dekabr ayından start verilib. Quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər.