MƏDƏNİYYƏT


“Qızıl Qlobus” mükafatının qalibləri məlum olub

Los-Anceles şəhərində 2018-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə “Qızıl qlobus” mükafatının 76-cı təqdimetmə mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, il üzrə “Ən yaxşı dram filmi” nominasiyasında Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən “Bohem rapsodiyası” filmi “Qızıl qlobus” mükafatına layiq görülüb. “Ən yaxşı dramatik film aktyoru” mükafatını aktyor Rami Malek qazanıb.