Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Barselona” fransalı müdafiəçi ilə razılığa gəlib

09.01.2019 [11:37]

Xəbərin mətni
İspaniyanın "Barselona" futbol klubu fransalı müdafiəçi Jan-Kler Todibonun 2019-cu ilin yayında komandaya transferi ilə bağlı müqavilə imzalayıb. AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 19 yaşlı futbolçunun “Tuluza” ilə müqaviləsi bu ilin iyununda başa çatacaq və o, “Barselona”ya pulsuz transferə olunacaq.