MƏDƏNİYYƏT


Şəkili usta dünyada bənzəri olmayan xalçavari şəbəkə hazırlayır

Şəkidən olan tanınmış şəbəkə ustası Tofik Rəsulov ilk dəfə xalçavari şəbəkə hazırlayır. Sənətkarın üç aydan bəri üzərində işlədiyi böyük ölçülü, mürəkkəb kompozisiyalı yeni şəbəkə tezliklə sənətsevərlərə təqdim olunacaq. Uzunluğu 3, hündürlüyü 2 metr olan xalçavari şəbəkənin hazırlanmasında 30 mindən çox taxta hissə və rəngli şüşədən istifadə edilib.