CƏMİYYƏT


Mobil telefonların qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Audi A4” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.