İDMAN


Pyer-Emerik Obameyanq dekabrda “Arsenal”ın ən yaxşı futbolçusu seçilib

İngiltərənin “Arsenal” futbol klubunun qabonlu hücumçusu Pyer-Emerik Obameyanq dekabrda komandasının ən yaxşı oyunçusu seçilib. AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu cari mövsümdə artıq ikinci dəfə bu mükafata layiq görülüb. Hücumçu dekabrda klubun heyətində bütün turnirlər üzrə 8 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə verib.