Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANONS - Rusiyanın məşhur dirijoru Bakıda konsert verəcək

11.01.2019 [11:19]

Xəbərin mətni
Fevralın 23-də Heydər Əliyev Sarayında məşhur rusiyalı dirijor, musiqiçi və bəstəkar İqor Ponomarenkonun iştirakı ilə “Cinema Hits Show” konsert proqramı təşkil ediləcək. Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə dünyaca məşhur bəstəkarlar Ennio Morricone, Ramin Cavadi, Vladimir Kosma, Nino Rota və digərlərinin əsərləri təqdim olunacaq.