CƏMİYYƏT


Vüsal Hüseynov: Ötən il ölkəmizə gələn əcnəbilərin sayı 6 faiz artıb

Ötən il 2 milyon 845 min 697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəmizə daxil olduğu qeydə alınıb. 2017-ci ilin müvafiq dövründə bu rəqəm 2 milyon 692 min 219 nəfər olub. Bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir. AZƏRTAC xəbər verir ki, bunu DMX-nin 2018-ci ildəki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmətin rəisi Vüsal Hüseynov deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır