Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qarabağ” Riçard Almeydanın transferini təsdiqləyib

12.01.2019 [23:51]

Ağdamın “Qarabağ” futbol klubu millimizin yarımmüdafiəçisi Riçard Almeydanı yenidən sıralarına qatıb. AZƏRTAC klubun rəsmi “Facebook” səhifəsinə istinadla xəbər verir ki, yaxın iki gündə Riçard Ağdam klubunun Antalyadakı hazırlıq prosesinə qoşulacaq. Bundan sonra isə o, “Qarabağ”la müqavilə imzalayacaq. Hazırda bu keçidin rəsmiləşməsi üçün son sənədləşdirmə işləri aparılır.