CƏMİYYƏT


ABŞ-da azərbaycanlı gənc öldürülüb

ABŞ-ın Şimali Karolina ştatının Şarlott şəhərində 29 yaşlı azərbaycanlı gənc güllələnib. AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, polisin ehtimalına görə, Elçin Xəlilov adında azərbaycanlı ona məxsus mobil telefon mağazasını qarət etmək istəyən silahlı cinayətkar tərəfindən qətlə yetirilib.