Parisdə Azərbaycan muğam triosunun konserti olub
15.01.2019 [15:58]
Ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) və Parisin “Theatre de la Ville” teatrının birgə təşkilatçılığı ilə Parisdə Azərbaycan muğam triosunun konserti olub.
AZƏRTAC xəbər verir ki, Əməkdar artist Elşən Mansurov (kamança) və Ələkbər Ələkbərovun (tar) müşayiəti ilə beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva muğamlarımızı ifa edib.