İQTİSADİYYAT


Keçən il Azərbaycana idxal olunan avtomobillərin sayı 28 min 876 olub

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 297-si sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 26 min 147-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 2 min 300-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 132-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.