İQTİSADİYYAT


Azərbaycan keçən il ən çox Rusiyadan məhsul idxal edib

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən il ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 1 milyard 885 milyon 164 min ABŞ dolları, Türkiyədən 1 milyard 576 milyon 864 min dollar, Çindən isə 1 milyard 196 milyon 673 min dollar olub.