CƏMİYYƏT


ETSN: Dövlət qurumları işlərini əlaqəli şəkildə, düzgün qurublar

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərargahında bu gün keçirilən brifinqdə səsləndirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq edilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər: "Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir".