CƏMİYYƏT


Paytaxt sakinindən narkotik götürülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 15-də Bakı-Qazax yolunun 36-cı kilometrliyində Sahil qəsəbəsi ərazisindəki Yol Patrul Xidməti postunda Bakı şəhər sakini olan T.Kərimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Onun sərnişini paytaxt sakini Andrey Fomenkonun üzərinə baxış keçirilən zaman 6,427 qram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin çantasına baxış zamanı oradan 16 kiloqram 250 qram marixuana və 470 qram heroin aşkar edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır