İDMAN


Savat və Şaolin döyüş növləri üzrə turnirə start verilib

Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə Savat (Fransız boksu) və Şaolin döyüş növləri üzrə turnirin açılış mərasimi keçirilib. Turnir 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunub. Tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Azərbaycan-Fransa Universitetinin direktoru Vazeh Əsgərov, Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri və müxtəlif federasiyaların rəhbərləri iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır