Dünya Turizm Təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb
23.01.2019 [10:50]
Xəbərin mətni
Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “FITUR 2019” çərçivəsində yanvarın 22-də Madriddə DTT-nin qərargahında qurumun İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi haqqında Saziş imzalayıblar.