İQTİSADİYYAT


Çay dəmləməyin sirləri, yaxud 2 saat qalan dəmi niyə içmək olmaz – Lənkərandan REPORTAJ

Azərbaycanda elə ev tapmaq olmaz ki, gün ərzində ən azı bir dəfə çay dəmlənməsin. Vətəni Çin hesab olunsa da, bizim ölkədə də özünəməxsus çay mədəniyyəti formalaşıb. Çay təkcə susuzluğu yatırma vasitəsi hesab edilmir. Çay süfrəsi, eyni zamanda, səmimi bir atmosfer yaradaraq insanları bir-birinə yaxınlaşdırır, yadları dostlaşdırır. Ölkəmizdə çay bitkisi sovet vaxtından becərilməyə başlanılıb və həmin vaxtdan da şöhrəti hər yana yayılıb. Əsasən cənub bölgəsində yetişdirilən çay ətri və tamı, tərkibinin zənginliyi və daha faydalı olması ilə fərqlənir.