İQTİSADİYYAT


Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb

Ötən il Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə dövlət dəstəyindən faydalanıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın sonuna kimi daha 16 işsiz və işaxtaran şəxs ailə biznesini qurmaq üçün aktivlərlə təmin olunacaq. Bununla da rayonda proqram çərçivəsində dövlət dəstəyindən faydalanan ailələrin sayı 142-yə çatacaq.