Useyn Bolt futbolçu karyerasını bitirib
24.01.2019 [03:51]
Atletika üzrə səkkizqat Olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbolçu karyerasını bitirib.
Avstraliyanın A liqasında çıxış edən “Sentral Kost Mariners” klubu ilə yoxlama oyununda qollar vuran Bolt peşəkar müqavilə imzalamaq üçün yaxşı təkliflər almadığı üçün bu qərarı verdiyini bildirib.