Azərbaycanlı tələbə ifası ilə türk münsifləri ağlatdı
24.01.2019 [18:25]
Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə “TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi olub. Yüzlərlə iştirakçı arasından birinci olan həmyerlimizin ifasını münsiflər heyətinin üzvü, bəstəkar-müğənni Koray Avcı göz yaşları içində dinləyib. O, “Nə olar, bir daha oxuma, çünki bir də ağlamaq istəmirəm” desə də Fərhadın səs yazısını özü ilə evə aparacağını bildirib.