MƏDƏNİYYƏT


Naxçıvan mətbəxi: Daş küftə

Hazırlanmasında daşdan istifadə edildiyinə görə ona daş küftə deyirlər. Belə ki, bu yemək üçün ayrılmış ətin döyülməsində yastı çaydaşı və taxta toxmaqdan istifadə olunur. Ət döyüldükdən sonra ona bir ovuc noxud, bir ədəd soğan, bir stəkan düyü, sarıkök, duz-istiot və küftəyə xüsusi tam verən göyərti – nanə və məzrə əlavə edilir.
VİDEO: Naxçıvan Televiziyası