İQTİSADİYYAT


İnam Kərimov: Bütün Dövlət Aqrar İnkişaf mərkəzləri fevralın sonunadək fermer və sahibkarların xidmətində olacaq

Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) Prezident İlham Əliyevin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında yaradılıb. DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. DAİM-də Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən 70-ə yaxın xidmət göstərilir.