PSJ klubu Leandro Peredesin transfer qiymətini açıqlayıb
25.01.2019 [22:54]
Fransanın PSJ klubu “Zenit”dən heyətinə qatdığı yarımmüdafiəçi Leandro Peredesin transfer qiymətini açıqlayıb.
AZƏRTAC fransız klubunun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı oyunçu 40 milyon avro müqabilində PSJ-yə keçəcək. Həmçinin “Zenit” gələcəkdə futbolçunun nailiyyətlərinə görə, 5 milyon avronu bonus şəkilində əldə edə bilər.