SİYASƏT


Azərbaycanlı deputatlar yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidenti seçiliblər

Azərbaycan Milli Məclisinin deputatları Qənirə Paşayeva və Ülviyyə Ağayeva yenidən AŞPA Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər. AZƏRTAC xəbər verir ki, AŞPA-nın qış sessiyasında Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Naqif Həmzəyev isə qrupun xəzinədarı seçilib.