İDMAN


“Beşiktaş”ın hücumçusu “Korintians”a keçib

İstanbulun “Beşiktaş” klubunun sabiq futbolçusu Vaqner Lav Braziliyanın “Korintians” komandasının formasını geyinəcək. AZƏRTAC Braziliya klubunun saytına istinadla xəbər verir ki, 34 yaşlı hücumçu “Korintians” klubuna ödənişsiz transfer olunub. Klub rəhbərliyi hücumçu ilə 2020-ci ilin sonunadək müqavilə imzalayıb.