Rəfael Ağayevin Parisdə Ken Nişimura ilə final görüşü
27.01.2019 [23:52]
Rəfael Ağayev Parisdə karate üzrə Premyer Liqanın birinci mərhələsində turniri gümüş medalla başa vurub. Finalda o, yaponiyalı karateçi Ken Nişimura ilə görüşüb. Rəqib minimal xalla qələbə qazanıb. Turnirdə Rəfael Ağayevə "Yaxşıların yaxşısı" mükafatı təqdim olunub.