İDMAN


“Land of Fire” komandası İsveçrədə qış polosu üzrə dünya kubokunda üçüncü olub

İsveçrənin Sankt-Moritz şəhərində keçirilən ənənəvi qış polosu üzrə “Snow Polo World Cup St. Moritz” dünya kuboku turnirinin həlledici oyunları keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə turnirdə ölkəmizi “Land of Fire” komandası təmsil edir. Azərbaycan Atçılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamız keçirdiyi 3 oyundan ikisində qalib gəlib. “Land of Fire” son oyunda turnirin on üçqat çempionu “Cartier” komandası ilə növbəti dəfə qarşılaşaraq 5:0 hesabı ilə qalib gəlib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır