MƏDƏNİYYƏT


Azərbaycan rəqsləri Əbu-Dabidə festivalda təqdim olunub

Əbu-Dabi şəhərində 40-a yaxın ölkənin iştirakı ilə keçirilən Şeyx Zayed İrsi Beynəlxalq Festivalı bu il də iki milyondan artıq ziyarətçinin əyləncə yerinə çevrilib. Festivalda Azərbaycan mədəniyyət və incəsənətini tərənnüm etmək məqsədilə ölkəmizdən dəvət olunmuş, Elşən Sadıxovun rəhbərlik etdiyi “Səma” rəqs qrupu iki həftə boyunca festivalın əsas səhnəsində, həmçinin Azərbaycan pavilyonu qarşısında milli rəqslərimizi ifa edib.
Video: Asya Hacızadə