Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yuventus” müdafiə xəttində itki ilə üzləşib

29.01.2019 [02:16]

İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Leonardo Bonuççi zədələnib. AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı müdafiəçi İtaliya çempionatının 21-ci turunda “Latsio” ilə oyunun 41-ci dəqiqəsində sağ ayağından zədələnib. Müdafiəçini Corco Çellini əvəz edib. Onun bərpa müddəti barədə klub rəsmilərindən mətbuata heç bir məlumat verilməyib.