CƏMİYYƏT


Nərimanov rayonunda soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxt sakini Fərid Həsənov yanvarın 25-də Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edərək rayon ərazisindəki internet klublardan birindən çıxan zaman tanımadığı şəxsin ona yaxınlaşaraq 187 manat pulunu soyğunçuluq yolu ilə əlindən aldığını bildirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Nərimanov rayon sakini Ceyhun Sultanov şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır