“Buta Airways”in reyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir
29.01.2019 [23:26]
Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan sonra uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək.