İDMAN


“Arsenal” sabiq baş məşqçisi Arsen Vengerə 17,1 milyon funt sterlinq təzminat ödəyib

Londonun “Arsenal” futbol klubu sabiq baş məşqçisi Arsen Vengerin istefaya göndərilməsi ilə əlaqədar fransalı mütəxəssisə 17,1 milyon funt sterlinq məbləğində təzminat ödəyib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, London klubu 69 yaşlı fransalı mütəxəssis və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün təzminat ödəməli olub. A.Vengerin “Arsenal” ilə keçən ilin əvvəlində imzaladığı müqaviləyə ötən mövsümün sonunda xitam verilib.