MİDA mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb
30.01.2019 [13:33]
Xəbərin mətni
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları açıqlayıb.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarındakı 128 mənzilin, ümumilikdə isə 174 mənzilin satışı prosesinə və mənzillərin seçimi qısa müddətdə yanvarın 25-də uğurla başa çatdırılıb.