MƏDƏNİYYƏT
Cənub bölgəsinin məşhur yeməyi – balıq ləvəngisi
30.01.2019 [15:18]
Xəbərin mətni
Azərbaycanın cənub bölgəsinin ən məşhur yeməyi ləvəngidir. Bu bölgədə ləvənginin müxtəlif növləri hazırlanır. Balıqdan, toyuqdan, çöl quşundan hazırlanan dadlı ləvəngi qonaqların da çox xoşladığı təamlardandır.
Lənkəranda bişirdiyi dadlı yeməkləri ilə tanınan aşpaz Mehman Kərimov AZƏRTAC-ın bölgə müxbirinə balıq ləvəngisinin hazırlanma qaydasından danışıb.