İQTİSADİYYAT


Şabranda 20 min başdan çox iribuynuzlu heyvan qarayara xəstəliyinə qarşı peyvənd olunub

Şabran rayonunda 2 min 600 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülüb, 20 min 465 baş iribuynuzlu və 1165 baş təkdırnaqlı qarayaraya qarşı peyvənd olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın əvvəllərindən başlayaraq rayondakı şəxsi və fermer təsərrüfatlarında bruselyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.