CƏMİYYƏT


Nardaran qəsəbəsində odlu silah-sursat gizlədən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə bölməyə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb. O, profilaktik söhbətlər zamanı qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib. Əraziyə baxış keçirilib və İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, F-1 qumbarası və alışqanı, iki bıçaq, 12 kalibrli ov tüfənginə məxsus güllə aşkarlanaraq maddi sübut kimi götürülüb.