Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda hava yağmursuz olacaq

31.01.2019 [14:54]

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4°, gündüz 8-11° isti, Bakıda gecə 1-3°, gündüz 9-11° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI