CƏMİYYƏT


Dələduzluq edən qadın saxlanılıb

Bakı şəhər sakini Natəvan Ağayeva Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinə müraciət edərək ötən ilin oktyabrında F.X.Xoyski küçəsində Rəvanə adlı tanışına qohumunu işə düzəltmək adı ilə 500 manat verdiyini bildirib. O, həmin şəxsin pulu aldıqdan sonra vədinə əməl etməyərək onu dələduzluq yolu ilə aldatdığını deyib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəvana Babayeva saxlanılıb.