“Nant”-“Sent-Etyen” oyununda itkin düşmüş futbolçunun xatirəsi anılıb
31.01.2019 [16:39]
Xəbərin mətni
Fransa çempionatının 22-ci turu çərçivəsində “Nant” doğma azarkeşlər önündə “Sent-Etyen” komandasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində itkin düşmüş futbolçu Emiliano Salanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, Emiliano Sala “Nant” klubunda 9 nömrəli formanı geyinib.