CƏMİYYƏT


Fuad Hüseynov: 2018-ci ildə 5800 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub

Azərbaycanda məcburi köçkünlərə və qaçqınlara xüsusi dövlət qayğısı göstərilir. İndiyədək bu kateqoriyadan olan vətəndaşlar üçün hər cür sosial-texniki infrastrukturu olan 102 yeni qəsəbə salınıb. Üç yüz minədək məcburi köçkünün mənzil şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu sahədə işlər 2019-cu ildə də davam etdiriləcək. AZƏRTAC xəbər verir ki, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib.