İDMAN


İtaliyalı futbolçu oyun zamanı huşunu itirdi

İtaliya futbol komandası “Leççe” nin oyunçusu Manuel Scavone oyun zamanı ciddi zədə alaraq huşunu itirib. AZƏRTAC “Corriere dello Sport”a istinadən xəbər verir ki, hadisə “Leççe” və “Askoli” klublarının oyunu zamanı baş verib. Rəqib komandanın oyunçusu ilə toqquşan futbolçu xəstəxanaya qaldırılıb.