İQTİSADİYYAT


Gömrük nəzarətinə düzgün bəyan edilməyən mallar aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, “Hövsan Dəniz” gömrük postuna İran İslam Respublikasından göndərilən döşəmə üçün plitələr və kafel yüklü “Adrina” gəmisi daxil olub. İrandan idxal olunan döşəmə üçün plitə və kafel malların saxlanc gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədilə gömrük bəyannaməsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinə təqdim olunub və mallarının mövcudluğu bildirilib.