MƏDƏNİYYƏT


Velosipedlə dünya səyahətinə çıxan polşalı turist Tovuzda

Polşalı turist Lukas Oqonovski iti ilə birgə dünya turuna çıxıb. Peşəsi ingilis dili müəllimi olan turist nə az-nə çox, düz 20-dək dil bilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əslən polyak olan 38 yaşlı Lukas Oqonovski velosipedlə dünya turuna başlayıb. Bu vaxta qədər dünyanın 56 ölkəsində olub. İndiyədək velosipedlə 52 min kilometr məsafə qət edib. İti isə ona dünya səyahətinə Gürcüstanın Kabuleti şəhərindən yoldaşlıq edir.