Azərbaycan Dövlət İnformasiya Agentliyi

Joze Mourinyo İspaniyada vergidən yayındığına görə 3,3 milyon avro cərimə edilib

06.02.2019 [04:51]

Portuqaliyalı futbol məşqçisi Joze Mourinyo İspaniyada vergidən yayındığına görə 3,3 milyon avro cərimə edilib. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis 2011-ci ildə 1,6 milyon, 2012-ci ildə isə 1,7 milyon olmaqla ümumilikdə 3,3 milyon avro vergi ödəməkdən boyun qaçırıb.