MƏDƏNİYYƏT


İranın turizm firmaları ölkəmizə səfərlər təşkil etmək üçün rəqabət aparır

Novruz bayramı ərəfəsində İran vətəndaşlarının ölkəmizə səfərlərini təşkil etmək üçün bu ölkədəki turist firmaları rəqabət aparmağa başlayıb. AZƏRTAC xəbər verir ki, Tehranda fəaliyyət göstərən “Tours. select” və “Offer.select” portallarının instaqram platformalarında Azərbaycan haqqında videoçarx yerləşdirilib. Videoçarxlarda Bakı və Azərbaycanın turizm məkanları əks olunub. Çoxsaylı izləyicisi olan platformalarda yerləşdirilən videoçarxlar böyük marağa səbəb olub.