Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək
08.02.2019 [13:26]
Sinoptiklər ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində fevralın 8-i axşamdan 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı proqnozlaşdırılır. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı bildirilir.